Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Dağ Cəyir kəndində dəmyə şəraitində yetişdirilən taxıl sahələrinə baxış keçirib.

12 iyun 2023 | 09:27
Bu gün Şəmkir rayonunda kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, yerli əhali onunla məşğul olmasın. İstilikxanaları ilə məşhur olan Şəmkirdə tərəvəzçilik və taxılçılıq da inkişaf edir, heyvandarlıqda yüksək uğurlar əldə olunur.
Şəmkir rayonunda qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib.
Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir.
Cari ildə rayonumuzda 15 min 775 hektar taxıl əkilib ki, bu da ötən ildən 1400 hektar çoxdur. Əkilən sahələrdən isə 9 min 121 hektarı suvarılan, 6 min 654 hektarı isə dəmyə əraziləridir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Dağ Cəyir kəndində dəmyə şəraitində əkilən taxıl sahələrinə baxış keçirib.
Təsərrüfatlara baxış zamanı icra başçısına məlumat verərək bildirilib ki, bu il Dağ cəyir kəndində 850 hektar ərazidə taxıl əkilmişdir ki, bundan da 180 hektarı arpa, 670 hektarı isə buğdadır.
Fermer Akif Hüseynov bildirib ki, artıq bu sahədə zəngin təcrübə toplayıblar və ötən illə müqayisədə bu il daha yüksək məhsuldarlıq gözləyirlər.
İcra başçısı bildirib ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Taxılçılığın inkişafı da daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Rayonumuzda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir və bundan sonra da davam etdiriləcəkdir.
Keçidlər