Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev çiyələk sahələrinə baxış keçirib, fermerlərlə görüşüb

08 iyul 2022 | 18:01
Son illərdə Şəmkir rayonunda kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf nəzərə çarpır. Qeyd etmək yerinə düşər ki, meyvəçilik Şəmkirdə kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir.
Bu gün rayonda çiyələk əkininə də maraq artıb. Buna səbəb məhsula tələbatın çox olması, bazarda satış probleminin yoxluğudur.
Hazırda Şəmkir rayonunda 50 hektardan çox sahədə çiyələk bitkisi becərilir. Məhsul istehsalçıları əkin zamanı məhsuldarlığı ilə seçilən “Murano”, “Albion”, “Cleri” növünə daha çox üstünlük verirlər.
Bitkiçiliyin bu növü ilə məşğul olan fermerlərin sözlərinə görə, bol məhsul götürmək üçün sahibkarlar təsərrüfatlara yaxşı xidmət göstərməlidirlər. Göstərilən qulluqdan asılı olaraq 1 hektar çiyələk sahəsindən 20-30 ton məhsul yığılır.
Məhsul istehsalında ən vacib şərtlərdən biri suvarma sisteminin düzgün qurulmasıdır. Suvarma damcı üsulu ilə aparılır. Bu üsul həm suya qənaət edir, həm də torpağı şoranlaşmaya məruz qalmaqdan qoruyur.
Çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Rayonda təsərrüfatın təkcə bu sahəsində 200 nəfərə yaxın insan ilboyu işlə təmin olunur.
Şəmkir rayonunda kənd təsərrüfatının digər sahələri kimi çiyələk əkininə də marağın artması sahibkarlara göstərilən hərtərəfli dəstəkdən irəli gəlir. Çünki rayonda aqrar sektorun inkişafı ön planda tutulur.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
İcra başçısı rayonda meyvə bağlarına, əkin sahələrinə baş çəkir, təsərrüfatlarda fermerlərlə açıq sahələrdə görüşlər keçirir.
Bu görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.
Keçidlər