Rəşad Tağıyev Çənlibeldə sakinlərlə səyyar qəbul-görüş keçirib
30 sentyabr 2022 | 12:39
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş Çənlibel kəndinin sakinləri ilə keçirildi.
İcra başçısı əvvəlcə kənd ictimaiyyətinin nümayəndələrinə Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verib.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn sakinlərin arzu və istəkləri, təklifləri müzakirə olunub, qaldırılan məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.