Rəşad Tağıyev bu dəfə Zəyəm Cırdaxanda şəhid ailələri və qazilərlə görüş keçirib
23 dekabr 2024 | 16:25
Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Zəyəm Cırdaxan kəndində şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər, müharibə veteranları həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq.
Qeyd olunub ki, Şəmkir rayonunda da şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri, qazilərimiz göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.