Rəşad Tağıyev bu dəfə ucqar dağ kəndlərmizdən olan Nərimanlıda sakinlərlə görüşdü
19 avqust 2022 | 14:33
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonumuzun ucqar dağ kəndlərindən olan Nərimanlı sakinləri ilə səyyar qəbul keçirib.
Qəbulda icra başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rəşad Tağıyev sakinlərlə söhbətində prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Sakinlər Şəmkir rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla RİH başçısına müraciət ediblər.
Səyyar qəbulda vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.