Rəşad Tağıyev bu dəfə Sabirkənddə şəhid ailələri ilə görüş keçirib - 18 aprel 2025
18 aprel 2025 | 17:01
Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Sabirkənd kəndində şəhid ailələr ilə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər, müharibə veteranları həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq.
Qeyd olunub ki, Şəmkir rayonunda da şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri də göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.