Şriftin ölçüsü :

Saytın rəngi :

Rəşad Tağıyev Almaniya səfirini qəbul edib

26 iyul 2024 | 11:28
 
Almaniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Ralf Horlemann Şəmkir rayonuna səfər edib.
Alman diplomatın rayonumuza səfəri Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevlə ikitərəfli görüşlə başlayıb.
Rəşad Tağıyev qonaqları salamlayıb, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib, rayonumuzun zəngin mədəniyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb.
İcra başçısı qeyd edib ki, Azərbaycanın ən qədim tarixə malik rayonlarından olan Şəmkirdə alman mədəniyyəti də həssaslıqla qorunur. Ötən illər ərzində Prezident cənab İlham Əliyevin ölkəmizdəki alman mədəniyyətinə verdiyi dəyər sayəsində rayonda alman evləri yenidən bərpa olunub. Həmin vaxt bütün xırda detallar belə burada yaşayan almanlardan qaldığı kimi təmir edilib. Bu gün isə şəmkirlilər və rayonumuzun qonaqları üçün Şəmkirdəki bu tarixi abidələr xüsusi maraq kəsb edən yerlərdəndir.
Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann da öz növbəsində icra başçısına görüş üçün təşəkkürünü bildirib.
Səfir Ralf Horlemann RİH başçısı ilə görüşdən sonra Şəmkir rayonu ilə tanış olub, kənd təsərrüfatı, sənaye və mədəniyyət mərkəzlərinə, tarixi yerlərə baş çəkib.
Keçidlər