Şriftin ölçüsü :

Saytın rəngi :

Regional Turizm Şurasının ilk iclası keçirilib

03 noyabr 2026 | 15:32
Tədbirdə Gəncə Regional Turizm Şurasının əhatə etdiyi Gəncə şəhəri, Göygöl, Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də turizm sektoru ilə əlaqəli təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy turizmin iqtisadiyyatın qeyri-neft sektorundakı əhəmiyyətini vurğulayıb, Şəmkirin turizm potensialı haqqında məlumat verib, rayonda mövcud olan əlverişli investisiya mühitindən bəhs edib, o cümlədən turizmin inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.
İclasda həmçinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri diqqətə çatdırılıb. Dövlət Proqramına uyğun olaraq qərb regionu üzrə turizm imkanlarının inkişafına dair Təkliflər Planı müzakirə edilib.
Təkliflər Planında Şəmkir rayonunda turizm infrastrukturunun təkmilləşdirilməsi üçün inkişaf konsepsiyasının hazırlanması, o cümlədən aidiyyəti qurumlarla birlikdə rayon ərazisində turizm ərazilərinə gedən yol infrastrukturunun təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulub.
Keçidlər