Şriftin ölçüsü :

Saytın rəngi :

Qədimqala və Əliyaqublu kəndləri abadlıqdan sonra yeni görkəmdə

25 dekabr 2024 | 11:05
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonda görülən genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Rayonumuzun Bakı-Qazax magistral yolunun kənarında yerləşən Qədimqala və Əliyaqublu kəndlərində abadlıq-quruculuq işləri demək olar ki, yekunlaşıb.
Görülən işlər çərçivəsində adı çəkilən kəndlərdə fərdi yaşayış evlərində 11221 m2 sahədə fasadların suvanması, 2692 m2 sahədə rənglənməsi işləri yerinə yetirildi, 803 metr uzunluğunda isə hasarlar çəkildi, o cümlədən mövcud hasarlar təmir olundu və bir sıra dam örtükləri yenidən quruldu.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq layihələrinin əsas məqsədi sakinlərimizin və şəhərimizin qonaqlarının rahatlığına və infrastrukturun yenilənməsinə yönəlmişdir.
Onud a qeyd edək ki, bütün bu işlər mərhələli şəkildə davam etdiriləcəkdir.
Keçidlər