Qazilərimizlə görüşlər davam edir
29 avqust 2022 | 16:26
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Avqustun 29-da Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qazilərimizin daha bir qrupu ilə növbəti görüş keçirib.
Görüşlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qısa vaxtda işğalçı Ermənistan ordusu üzərindəki tarixi qələbəsindən, bu qələbədə Şəmkir gənclərinin, o cümlədən şəhidlik zirvəsinə ucalan və qazi adını daşıyan igid oğullarımızın xidmətlərindən danışılıb.
Rəşad Tağıyev bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərin ailələri, sağlamlığını itirən döyüşçülərimiz daim diqqətdə saxlanılacaq.
İcra başçısı şəhid ailələrinə, qazilərin sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, qazilərimizin səhhəti və qayğıları ilə maraqlanıb.
Qazilər göstərilən diqqətə görə təşəkkürlərini bildirib, səhhətlərində problem olmasına baxmayaraq yenə Müzəffər Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildiriblər.