Qaracəmirli kəndində şəhid ailələri və qazilərimizlə görüş keçirildi
31 mart 2026 | 16:00
Şəmkir rayonunda şəhid ailələri, qazilərimiz və müharibə veteranları ilə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev bu dəfə Qaracəmirli kəndində şəhid ailələri və qazilərimizlə görüşüb.
İcra başçısı bildirib ki, dövlətimiz, xalqımız hər zaman şəhidlərin əziz xatirəsini uca tutacaq, şəhid ailələri, qazilər həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq. Qeyd olunub ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını səsləndiriblər.






