Ötən ilin uğurlu nəticələri daha böyük nailiyyətlər qazanmağa etibarlı zəmin yaradır
16 may 2024 | 15:08
Məlum olduğu kimi Şəmkir rayonunun iqtisadiyyatının aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir, kənd təsərrüfatında innovativ texnologiyaların, müasir suvarma sistemlərinin tətbiqi istiqamətində təşviqat işləri aparılır.
Görülən işlərin nəticəsdir ki, 2023-cü ilin yekun məlumatlarına əsasən kənd təsərrüfatı məhsullarının həcminə görə Şəmkir ölkəmizdə birinci yerdə oldu.
Rayonumuzda uğurlu nəticələri qorumaq və daha da artırmaq məqsədilə 2024-cü il üçün fermerlər kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi həvəslə yanaşır.
Belə ki, Şəmkir rayonunda cari ilin məhsulu üçün 130 hektar vələmir, 1303 hektar qarğıdalı, 35 hektar günəbaxan, 6048 hektar sahədə isə tərəvəz məhsulları əkilmişdir.
Artıq yerli sahibkarlar bəzi kənd təsərrüfatı məhsullarının toplanmasına başlayıb, yüksək məhsuldarlıq nəticəsində əldə olunan kənd təsərrüfatı məhsulları yerli və xarici bazarlarda satışa çıxarılır.
Onu da qeyd edək ki, aqrar sektor sakinlərimizin məşğulluğunun artırılması, ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı ölkəmizin qeyri-neft sahəsində ixrac potensialının artırılması baxımından da olduqca mühüm əhəmiyyətə malikdir.