Ötən il bu sahə üzrə 21597,8 ton məhsul yığılıb
03 aprel 2025 | 17:12
2024-cü ilin yanvar-dekabr aylarında 323,2 hektar şəkər çuğunduru, 755 hektar günəbaxan, 2 hektar gül olmaqla ümumilikdə 1080,2 hektar sahədə texniki bitkilər əkilib.
Yeni texnologiyaların, müasir suvarma sistemlərinin tətbiqi nəticəsində 2024-cü ildə əvvəlki illə müqayisədə 12,4 faiz artıq olmaqla 20152,6 ton şəkər çuğunduru istehsal edilib. Hər hektar üzrə məhsuldarlıq 623,5 sentner təşkil edib.
Eyni zamanda hər hektardan 19,1 sentner olmaqla ümumilikdə 1445,2 ton günəbaxan yığılıb.