Ö𝐭ə𝐧 𝐢𝐥 𝐒̧ə𝐦𝐤𝐢𝐫 𝐑𝐚𝐲𝐨𝐧 𝐌ə𝐫𝐤ə𝐳𝐢 𝐗ə𝐬𝐭ə𝐱𝐚𝐧𝐚𝐬ı 𝐏𝐮𝐛𝐥𝐢𝐤 𝐇ü𝐪𝐮𝐪𝐢 𝐒̧ə𝐱𝐬ə 𝟐𝟖𝟓 𝐦𝐢𝐧 𝐦ü𝐫𝐚𝐜𝐢ə𝐭 𝐝𝐚𝐱𝐢𝐥 𝐨𝐥𝐮𝐛 𝐤𝐢, 𝐨𝐧𝐥𝐚𝐫𝐝𝐚𝐧...
23 yanvar 2023 | 10:03
Şəmkir rayonunda əhalinin sağlamlığını qorumaq məqsədilə 549 çarpayılıq 12 xəstəxanada və ambulator-poliklinika yardımı göstərən 40 müalicə müəssisəsində 336 həkim, 1057 nəfər orta tibb işçisi çalışır.
Rayon əhalisinin hər 10000 nəfərinə 15,1 nəfər həkim, 47,5 nəfər orta tibb işçisi, 27,7 xəstəxana çarpayısı düşür.
Rayon səhiyyə sistemində çalışan işçilərin ümumi sayı 2 min 255 nəfərdir.
Ötən il ərzində Şəmkir rayonu ərazisində yerləşən xəstəxanalara ümumilikdə 343 min 918 müraciət daxil olub (təkrar müraciətlər də daxil).
Onlardan 285 min müraciət Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə müayinə və müalicə üçün edilən müraciətlərdir.
Ötən il Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də 8 min 186 nəfər stasionar müalicə alıb.
2022-ci ilin qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, sinir sisteminin, qan dövranı sisteminin və həzm orqanlarının xəstəlikləri üstünlük təşkil edib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə 2022-ci ilin son 6 ayında təkrar müraciətlər də daxil 795 şəhid ailəsi, qazi və müharibə iştirakçısı müraciət edib. Onlardan 184 nəfəri I Qarabağ müharibəsi iştirakçısı, 36 nəfəri isə şəhid ailəsidir.
Ötən ilin 6 ayı ərzində Aprel zəfərinin iştirakçılarından 17 nəfər, şəhid ailələrindən isə 3 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müayinə və müalicə olunub.
Eyni zamanda Vətən Müharibəsi iştirakçılarından 360 nəfər, qazilərdən (müharibədə xəsarət alanlar da daxil olmaqla) 150 nəfər, şəhid ailələrindən isə 45 nəfər müayinə və müalicə üçün müraciət edib.