Şriftin ölçüsü :

Saytın rəngi :

𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟒 𝐢𝐲𝐮𝐥𝐝𝐚 𝐡𝐚𝐤𝐢𝐦𝐢𝐲𝐲ə𝐭ə 𝐠ə𝐥𝐢𝐬̧𝐢 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐝𝐨̈𝐯𝐥ə𝐭𝐜̧𝐢𝐥𝐢𝐲𝐢𝐧𝐢𝐧 𝐭ə𝐦ə𝐥𝐢𝐧𝐢 𝐪𝐨𝐲𝐝𝐮

15 iyul 2025 | 10:02
Ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul tarixində hakimiyyətə gəlişi, Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmlənməsində oynadığı əvəzsiz rolu tariximizdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.
Bu tarixi hadisənin ildönümü münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirin əvvəlində iştirakçılar Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə çıxış edən Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallı bildirib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir mərhələ başladı – idarəetmədə çeviklik, iqtisadiyyatda dirçəliş, sosial sahədə islahatlar həyata keçirildi, milli kadr potensialı formalaşdı.
Qeyd etdi ki, Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bugünkü Azərbaycan məhz Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Buna görə də müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ən möhtəşəm əsəridir.
Tədbir çərçivəsində təşkil olunan dəyirmi masa ətrafında çıxış edənlər Ulu Öndərin o dövrdə göstərdiyi siyasi iradəni, müdrikliyi və uzaqgörənliyi xüsusilə vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli özünüdərk və dövlətçilik təməlləri sonradan Azərbaycanın müstəqil və suveren dövlətə çevrilməsi üçün zəmin hazırlayıb.
Müzakirələr zamanı həmçinin vurğulanıb ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə qayıdan Heydər Əliyev ölkəni xaos və parçalanmadan xilas edərək sabitliyə və inkişafa aparan lider olduğunu bir daha sübut etdi. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi.
Tədbir iştirakçıları Ümummilli liderin zəngin siyasi irsinin öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi qeyd ediblər.
Sonunda Şəmkir rayonunun ictimai-siaysi həyatında fərqlənən YAP fəallarına rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar təqdim olunub.
Keçidlər