Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti Səyyar Qəbul Bayramlı kəndində keçirildi

03 noyabr 2022 | 16:59
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş rayonumuzun Bayramlı kəndinin sakinləri ilə keçirildi.
Rəşad Tağıyev kənd ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyev regional dövlət proqramlarının icrasını daim diqqətdə saxlayıb, ölkənin ən ucqar məntəqələrində yaşayan sakinlərin həyatı, gündəlik qayğıları ilə mütəmadi olaraq maraqlanır.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn sakinlərin arzu və istəkləri, təklifləri müzakirə olunub, qaldırılan məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər