Növbəti səyyar qəbul Yeni Göyçə kənd sakinləri ilə keçirildi.
09 iyun 2023 | 15:49
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Yeni Göyçə kənd sakinləri ilə səyyar qəbul-görüş keçirib.
Rəşad Tağıyev Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirilib.
Sakinlərlə ümumi görüşdən sonra fərdi şəkildə müraciət etmək istəyənlərin qəbulu keçirilib.