Növbəti səyyar qəbul Mehrli kəndində keçirildi
18 noyabr 2022 | 14:46
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə hər həftə rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşlər keçirir, vətəndaşların problemləri ilə yerində tanış olur.
Bu gün daha bir səyyar qəbul Mehrli kəndində keçirilib.
İdarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda çıxış edən icra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verib.
Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.
Mehrli sakinləri tərəfindən edilən müraciətlər, əsasən, kəndin su problemi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün nəzarətə götürülməsi barədə tapşırıqlar verilib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Səyyar qəbulu sakinlər razılıqla qarşılayıb, göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.