Şriftin ölçüsü :

Saytın rəngi :

NEPTUN supermarketlər şəbəkəsi Şəmkirdə ilk mağazasını istifadəyə verdi.

13 mart 2023 | 17:27
Neptun supermarketlər şəbəkəsi Şəmkirdə ilk mağazasının qapılarını müştərilərinin üzünə açdı.
Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yerləşən supermarketin rəsmi açılış mərasimində Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, Neptun mağazalar şəbəkəsinin səlahiyyətli şəxsləri iştirak ediblər.
RİH başçısının birinci müavini bildirib ki, ölkəmizin sürətli inkişaf Azərbaycanın hər yerində bütün sahələrdə, o cümlədən ən müasir ticarət infrastrukturunun yaradılmasında da özünü aydın göstərir. Bu cür ticarət mərkəzlərinin Şəmkir rayonunda da yaradılması vətəndaşların, o cümlədən rayonumuza gələn qonaqların rahatlığını təmin edir.
S.Zeynallı qeyd edib ki, bu müasir ticarət infrastrukturunun istifadəyə verilməsi rayonumuzun iqtisadi potensialını nümayiş etdirərək, ümumilikdə, Şəmkirin iqtisadi inkişafına xidmət edir.
Daha sonra tədbir iştirakçıları mağaza ilə tanış olub, qiymətlərlə maraqlanıblar.
Keçidlər