Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Günü münasibətilə Şəmkirdə tədbir keçirilib

18 sentyabr 2026 | 15:49
Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, digər rəsmi qonaqlar, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, musiqi məktəbinin müəllim və şagirdləri, eləcə də valideynlər iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına, Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixinə həsr olunmuş sərgi ilə tanış olublar.
Çıxışlarda Azərbaycan milli musiqisinin zəngin tarixi, milli musiqi irsinin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan professional musiqisinin formalaşması və inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin müstəsna xidmətləri qeyd olunub.
Daha sonra Şəmkir Mədəniyyət Mərkəzinin və Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin ifasında Üzeyir Hacıbəylinin yaradıcılığından nümunələr səsləndirilib.
Tədbirin sonunda Milli Musiqi Günü münasibətilə rayonda milli musiqimizin təbliğində xidmətləri olan şəxslərə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnamələri təqdim olunub.
Keçidlər