Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Günü münasibətilə Şəmkir rayonunda tədbir keçirilib

19 sentyabr 2023 | 15:30
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi tədbirin rəsmi hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən söz açılıb.
Qeyd edilib ki, Üzeyir Hacıbəylinin mirasına hörmət olaraq 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir, xalqımız bu bayramı qeyd edir.
Tədbirin sonunda iştirakçılara rayonun istedadlı musiqiçiləri tərəfindən konsert proqramı təqdim edilib.
Keçidlər