Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi Günü münasibətilə Şəmkir rayonunda silsilə tədbirlər keçirilib -18 sentyabr 2025

19 sentyabr 2025 | 10:42

17-18 sentyabr 2025-ci il tarixlərdə Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində tədbirlər təşkil edilib.
Şəmkir Əhməd Cavad adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Səbuhi Xasməmmədov, Şəmkir Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının əməkdaşları, mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti və musiqi məktəbində təhsil alan şagirdlərin valideynləri iştirak etiblər.
İştirakçılara Şəmkir Mədəniyyət Mərkəzinin və Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin iştirakı ilə Üzeyir Hacıbəylinin zəngin irsi, milli musiqi mədəniyyətimizə bəxş etdiyi ölməz əsərləri nümayiş etdirilib.
Habelə, Ümummilli Lider Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında dərin ehtiramla ifadə etdiyi fikirlər və tədbirdə təqdim edilən videoçarxlar, tədbirə xüsusi bir ruh və məna qatıb.
Tədbir çərçivəsində "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru, müəllimlərdən ibarət xor kollektivi tərəfindən "Arşın mal alan", "O olmasın, bu olsun" operattalarından musiqilər, məktəbin xalq çalğı orkestri tərəfindən "Arşın mal alan "operettasından müqəddimə səsləndirilib, həmçinin Mədəniyyət Mərkəzinin musiqi ansamblının ifasında Koroğlu uverturası təqdim olunub.

Keçidlər