Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudlu kəndinin şəhidlərinin məzarı ziyarət olundu, kənd sakinləri ilə səyyar qəbul keçirildi

15 oktyabr 2022 | 15:05
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Mahmudlu kəndində sakinlərlə səyyar qəbul keçirib.
İcra başçısı görüşdən öncə kəndin şəhidlərinin məzarlarını ziyarət edib.
Sakinlərlə görüşdə rayon rəhbəri regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub, fərdi qəbul üçün müraciət edən sakinlər dinlənilib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Rəşad Tağıyev səyyar qəbuldan sonra kəndin şəhid ailələrini evlərində ziyarət edib, onların qayğıları ilə maraqlanıb, arzu və istəklərini dinləyib.
Keçidlər