Kür qəsəbəsində iki hündürmərtəbəli binanın dam örtüyü yenidən quruldu
22 yanvar 2025 | 14:41
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda sosial infrastrukturun yaxşılaşdırılması və yenidən qurulması istiqamətində layihələr davam etdirilir.
Rayon İcra Hakimiyyəti tərəfindən bununla bağlı görülən işlər Şəmkir şəhəri ilə yanaşı rayonumuzun kənd və qəsəbələrini də əhatə edir.
2024-cü ilin əvvəlcədən tərtib olunmuş təmir-tikinti planına uyğun olaraq Kür qəsəbəsində də yenidənqurma işləri aparıldı. Belə ki, sakinlərimizin də müraciətini nəzərə alaraq qəsəbənin S.Vurğun küçəsi 3A və Şəhriyar küçəsi 5 ünvanlarında yerləşən, hər biri 9 mərtəbəli və 18 mənzilli yaşayış binalarının dam örtükləri yenidən quruldu.
Görülən işlər nəticəsində yaşayış binalarının damlarında müasir tələblərə cavab verən metal kirəmit dam örtükləri qurulub, taxta konstruksiyalar quraşdırılıb, yağış sularının axıdılıması üçün metal su axıdıcı sistemlər qurulub, həmçinin yanğından mühafizə tədbiri olaraq yanar konstruksiyalara odadavamlı məhlul çəkilib.
Xatırladırıq ki, 2023-cü ildə qəsəbə ərazisində ümumi uzunlu 1,5 kilometr olan xəstəxanaya gedən yol əsaslı təmir olunaraq yenidən qurulmuşdu.