Kür çayı sahilində “Sahillər təmiz qalsın” şüarı altında təmizlik aksiyası keçirilib
12 iyun 2023 | 14:49
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib.
ETSN-in, RİH əməkdaşlarının və könüllülərin iştirakı ilə Kür çayınn sahili tullantılardan təmizlənib, toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.
Aksiyada Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı da iştirak edib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, ətraf mühitə qayğı və həssas münasibət göstərməyə çağırırıq.