Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü kəndində səyyar qəbul keçirildi

20 noyabr 2023 | 17:18
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Könüllü kəndində sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçımızın hərtərəfli qayğısı sayəsində ötən illər ərzində Şəmkir rayonunun da iqtisadiyyatının inkişafında dinamiklik və sabitlik təmin olunmuş, sahibkarlıq fəaliyyətinin genişlənməsində, ən nəhayət, sakinlərimizin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna nailiyyətlər əldə edilmişdir.
Ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirən icra başçısı daha sonra vətəndaşların müraciətləri, istək və təkliflərini dinlənləyib, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər