Könüllü kəndində səyyar qəbul keçirildi - 2024
21 oktyabr 2024 | 16:25
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Könüllü kəndində sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı qeyd edib ki regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri işlər davam etdirilir və bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəmkir rayonunda keçirilən tədbirlər haqda da danışan Rəşad Tağıyev bildirib ki, rayonumuzun ərazisində yaşıllıqların qorunması, bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltməkdir. Və gələcək nəsillərin daha sağlam, ekoloji problemsiz bir dünyada yaşaması üçün bu gün hər bir vətəndaş, hər bir sahə öz üzərinə düşəni layiqincə yerinə yetirərək bu sahədə görülən işlərə dəstək verməlidir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.