"Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəmkirdə keçirilən ağacəkmə aksiyaları davam edir
17 aprel 2025 | 15:25
Şəmkir Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyasında ağacların əkildiyi ərazilər əvvəlcədən hazırlanaraq, suvarma və qulluq üçün uyğun vəziyyətə gətirilib, torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və sərv ağacları əkilib.
Şəmkir RİH başçısının müavini Rüfət Sahibsoyun da iştirak etdiyi aksiyada bildirilib ki, rayon ərazisində yaşıllıqların artırılması üçün keçirilən bu tədbirlərin əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasını təmin etmək, eyni zamanda ictimaiyyət, xüsusilə də gənclər arasında təbiətə qayğı və ekoloji məsuliyyət hissini gücləndirməkdir.