Şriftin ölçüsü :

Saytın rəngi :

“Keyfiyyətin idarə olunması, ISO standartları sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilib

29 oktyabr 2025 | 16:49
Şəmkir Rayon İcra Hakimiyyəti və KOBİA-nın təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən sahibkarlarla “Keyfiyyətin idarə olunaması, İSO standartları sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti və KOBİA-nın məsul şəxsləri ilə yanaşı İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Vergi Xidmətinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin, “Aqrar Sığorta” ASC-nin regional qurumlarının, həmçinin, Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri iştirak ediblər.
Məlum olduğu kimi respublikanın qabaqcıl kənd təsərrüfatı rayonu olan Şəmkirdə istehsal olunan məhsulların əsas hissəsi xarici bazarlara ixrac olunur. İxrac zamanı məhsulun xarici bazara rahat çıxarılması və keyfiyyətinin məqbul hesab edilməsi onun beynəlxalq standartlara cavab verməsindən asılıdır. Müəssisənin və ya təsərrüfatın İSO (International Organization for Standartization) — Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış beynəlxalq qaydalar və meyarlar toplusuna uyğun istehsal aparması onun xarici bazara çıxışında əsas rol oynayır. Bu standartlar dünyanın hər yerində məhsulun, xidmətin, istehsal prosesinin və idarəetmənin keyfiyyətini, təhlükəsizliyini və effektivliyini təmin etmək üçün qəbul olunur.
Tədbir zamanı Gəncə KOBİM əməkdaşı tərəfindən sahibkarlara İSO sertifikatlarının alınması prossesi barədə geniş məlumatlar verilib. Onları maraqlandıran suallar, qarşılaşdıqları çətinliklər barədə müzakirələr aparılıb.
Keçidlər