Şriftin ölçüsü :

Saytın rəngi :

Keçili kəndində şəhid ailələri ilə görüş

19 sentyabr 2023 | 15:33
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda şəhid ailələri və qazilərimizlə görüşlər davam etdirilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Keçili kəndində şəhid ailələri ilə görüşüb.
İcra başçısı bildirib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq.
Rəşad Tağıyev dövlətimizin, xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını, şəhid ailələrinin, qazilərin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olan hərbçilərimizin ailələri göstərilən diqqətə görə təşəkkür edib, istək və arzularını, problemlərini səsləndiriblər.
Keçidlər