Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilib

06 iyul 2022 | 15:48
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiya Şəmkir rayonu ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını qarşısına prioritet vəzifə kimi qoymuşdur.
Bu məqsədlə yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın növbəti iclası keçirilib.
İclasda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəhbər heyəti və İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın üzvləri iştirak ediblər.
Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi idarəsinin Şəmkir regional şöbəsinin rəisi Ağabala Hüseynov geniş məruzə ilə çıxış edərək bildirib ki, kəmərlərin mühafizəsi üzrə təhlükəsizlik tədbirlərinin görülməsində sakinlər də aidiyyətli orqanlara köməklik göstərməlidirlər.
RİH başçısının birinci müavini Süleyman Zeynallı yekun nitqində vurğulayıb ki, İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi Azərbaycan Respublikasının digər ərazilərində olduğu kimi, Şəmkir rayonu ərazisində də yüksək səviyyədə qorunur: "Komissiyanın apardıqları iş nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə lazımı biliklərə malikdir. Hər bir Şəmkir sakini bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində onların üzərinə də müəyyən vəzifələr düşür".
Keçidlər