Şriftin ölçüsü :

Saytın rəngi :

İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın hesabat iclası keçirildi

03 iyun 2026 | 18:00
 
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış İxrac Neft və Qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə komissiyanın altı aylıq hesabat iclası keçirildi.
Çıxış edənlər bildirdi ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra irimiqyaslı neft və qaz ehtiyatlarının hasilatı və dünya bazarına çıxarılması ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin uğurlu neft və qaz strategiyası bu gün Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində uğurla davam etdirilir.
Qeyd olundu ki, rayonumuzun ərazisindən keçən kəmərlərin təhlükəsizliyinin qorunmasını hər birimizin qarşısında prioritet vəzifə kimi qoyulmuşdur.
Daha sonra Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Şəmkir Regional İdarəsinin rəisi Ramin İsmayılov geniş məruzə ilə çıxış edərək, altı ay ərzində görülən işlər barədə ətraflı məlumat verdi.
R.İsmayılov bildirdi ki, Şəmkir ərazisindən keçən kəmərlərin təhlükəsiz nəqli tam təmin edilib və ötən müddətdə əvvəlki illərdə olduğu kimi ixrac boru kəmərlərinə qarşı heç bir terror-təxribat hərəkətləri baş verməyib, kənar müdaxilələr qeydə alınmayıb. İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gecləndirilməsi komissiya və idarə tərəfindən ciddi nəzarətdə saxlanılıb.
İclasda aidiyyəti qurumların səlahiyyətli nümayəndələrinin təklif və məruzələri dinlənilərək ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərə biləcək yeni tendensiyalar, potensial təhlükəsizlik riskləri və qazanılmış nəticələr və digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edildi.
Показать меньше
Keçidlər