Şriftin ölçüsü :

Saytın rəngi :

İsgəndərli sakinlərinin səyyar qəbuldakı bu istəkləri də təmin olundu.

11 iyul 2025 | 15:07

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin rayonumuzun İsgəndərli kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən daha bir müraciət müsbət həllini tapıb.
Belə ki, sakinlərin istəyi nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsgəndərli kəndində təmiz içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə yeni anbar və sutəmizləyici qurğu quraşdırılmış bütün sakinlərin rahat yararlana biləcəyi bulaq kompleksi istifadəyə verilib.
Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynallının da iştirak etdiyi açılış mərasimində bildirilib ki, kənd sakinlərinin təmiz suya olan tələbatının tam ödənilməsi üçün kəndin mərkəzində 30 ton tutumlu yeraltı beton su anbarı inşa edilib. Eyni zamanda bir ədəd müasir tipli sutəmizləyici qurğu, iki ədəd yüksək təzyiqli nasos quraşdırılaraq anbarın yanında bulaq kompleksi inşa edilib.
Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bundan öncə kənd sakinlərinin xahişi nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bələdiyyə tərəfindən Kür qəsəbəsindən İsgəndərli kəndinə gedən yolda təmir-bərpa işləri aparılıb. Ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlanıb, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkilib.

Keçidlər