Şriftin ölçüsü :

Saytın rəngi :

İsgəndərli kəndində keçirilən səyyar qəbul-görüş

29 mart 2024 | 15:08
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə İsgəndərli kəndində sakinlərimizlə görüşüb.
Rəşad Tağıyev sakinlərlə söhbətində dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Bildirib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər bu gün də davam etdirilir. Bütün bu tədbirlər isə əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Keçidlər