Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati ərazi dairəsi üzrə nümayəndələrlə cari ilin 6 ayının yekunları müzakirə edildi, nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verildi

08 iyul 2022 | 15:07
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə cari il üçün təsdiq olunmuş birgə iş planına uyğun olaraq növbəti görüş keçirib.
İclasda təsdiq olunmuş birgə iş planına uyğun olaraq cari ilin altı ayı ərzində görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Eyni zamanda rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması, ev təsərrüfatlarının uçotu kitablarının işlənməsi, taxıl biçinindən sonra yanğınların qarşısının alınması üçün ərazilərin şümlanması, baramaçılığın səmərəli təşkilinin nəzarətdə saxlanılması iclasın gündəliyinə daxil edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı bildirib ki, vətəndaşlara, xüsusilə də şəhid ailələri və qazilərə göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək ciddi tapşırıqlar verildi.
Keçidlər