İnzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə növbəti görüş keçirilib
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə görüş keçirib.
İclasda görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Eyni zamanda rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, torpaq zəbtlərinin qarşısının alınması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, ən əsası isə bütün sahələrdə şəffaflığın təmin olunması da görüşün gündəliyinə daxil edilib.
İcra başçısı çıxışında şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilərək, nöqsanların aradan qaldırılması, qanunsuz tikililərin qarşısının alınması ilə əlaqədar qəbul olunan müvafiq qanunvericilik qaydaları haqqında geniş məlumat verib.
Rəşad Tağıyev eyni zamanda vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini vurğulayıb.
Görüşdə qış mövsümü ilə bağlı yarana biləcək problemlərdən danışılıb, mövsümə bağlı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ətraflı müzakirələr aparılıb, ərazilərə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
Sonda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək, gündəliyə daxil edilən məsələlərlə bağlı ərazilərdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə məqsədilə tədbirlər görülməsi tapşırılıb.






