Şriftin ölçüsü :

Saytın rəngi :

İnzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti görüş keçirilib

22 may 2025 | 17:08
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev fəaliyyət planına uyğun olaraq 2025-ci ilin birinci rübü ərzində görülən işlər, qarşıya qoyulan məqsədlər, eyni zamanda hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətlə bağlı iclas keçirib.
Görüşdə RİH-in rəhbər heyəti, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, RPŞ-nin müvafiq ərazi üzrə sahə rəisləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
İclasın gündəliyinə müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi, ərazilərdə aparıla biləcək qanunsuz tikililərə qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsi, qanunsuz küçə ticarətinin qarşısının alınması daxil edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev iclasın məqsəd və əhəmiyyətindən danışaraq bildirib ki, bu vacib məsələlər daimi nəzarətdə saxlanılmalıdır.
İcra başçısı çıxışında şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilərək, nöqsanların aradan qaldırılması, qanunsuz tikililərin qarşısının alınması ilə əlaqədar qəbul olunan müvafiq qanunvericilik qaydaları haqqında geniş məlumat verib.
Rəşad Tağıyev eyni zamanda vətəndaş-məmur münasibətlərinin günün tələblərinə uyğun qurulması, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılmasının vacibliyini vurğulayıb.
İclasda yay mövsümünə hazırlıq məsələsinə də toxunulub, mövsümə hazırlıqla bağlı nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ətraflı müzakirələr aparılıb, meşə və istarəhət zonalarında yanğın təhlükəsizliyi üçün maarifləndirmə işlərinin aparılması və nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilib.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək, iclasın gündəliyinə daxil edilən məsələlərlə bağlı ərazilərdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə məqsədilə tədbirlər görülməsi tapşırılıb.
Keçidlər