Şriftin ölçüsü :

Saytın rəngi :

Inzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin və Bələduyyə sədrlərinin iştirakı ilə görüş keçirildi

22 aprel 2025 | 10:59
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirib.
İcra başçısı əvvəlcə yeni seçilmiş bələdiyyə sədrlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayaraq qarşıda duran vəzifələr, görülməsi zəruri olan işlər haqqında danışıb.
İcra başçısı eyni zamanda torpaqların vətəndaşlar tərəfindən təyinatına uyğun istifadə olunması, torpaq zəbtlərinin qarşısının alınması, kənd və qəsəbələrdə daxili yolların düzəldilməsi və abadlaşdırılması, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində görülməli olan işlər, şəhid ailələri və qazilərin mütəmadi diqqətdə saxlanılması, onlara göstərilən qayğının daha da artırılması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, icma üzvlərinin idarəetmədə ictimai iştirakçılığının təmin olunması barədə bələdiyyə rəsmilərinə tövsiyələrini verib.
İnzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinə qanunsuz tikililərlə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı dəfələrlə tapşırıqlar verildiyini vurğulayan icra başçısı bildirib ki, bu vacib məsələ daimi nəzarətdə saxlanılmalı, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək bütün sahələrdə şəffaflığın təmin olunması haqda ciddi tapşırıqlar verilib.
Keçidlər