İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib
01 noyabr 2023 | 10:24
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, RİH əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin, Suvarma Sistemləri İdarəsinin rəhbər heyəti, icra nümayəndələri və və bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Belə ki, payızlıq taxıl əkininin səpini və suvarma suyu ilə təmin olunması, bu sahədə mövcud olan çətinliklər və problemlər görüşün gündəliyinə daxil edilib.
Eyni zamanda görüş zamanı su ehtiyatlarının SİB-lər tərəfindən sakinlər arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun şəffaf bölüşdürülməsi, bu sahədə yarana biləcək neqativ halların vaxtında qarşısının alınması ilə bağlı tapşırıqlar verilib.
Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərilərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi barədə müvafiq tövsiyələr verilib.