Intizati Ərazi Dairələri üzrə nümayəndəliklər və bələdiyyə sədrlərinin iştiraki ilə görüş keçirilib
07 noyabr 2024 | 11:03
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti görüş keçirib.
İclasda 2024-cü ilin 9 ayı ərzində görülən işlər, qarşıya qoyulan məqsədlər, fəaliyyət planları müzakirə edilib.
Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqlim dəyişmələri ilə qlobal mübarizədə nümunəvi liderlik nümayiş etdirir. Bu səbəbdəndir ki, 11-22 noyabr tarixlərində dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyası Azərbaycanda keçiriləcək.
İcra başçısı qeyd edib ki, tədbir çərçivəsində ölkəmiz çoxlu sayda xarici qonaqlara ev sahibliyi edəcək. Bununla əlaqədar rayon ərazisində yarana biləcək hər hansı çatışmazlıqların operativ aradan qaldırılması üçün rayon İcra Hakimiyyətində, inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə və xidmət təşkilatlarında “qaynar xətt” və növbətçilik sistemi təşkil edilib.
İcra başçısı eyni zamanda rayonda fəaliyyət göstərən bütün xidmət təşkilatlarında fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
İclasın sonunda icra nümayəndələrinə kənd və qəsəbələrdə olan problemlərin, yol verilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması ilə bağlı xəbədarlıq edilərək rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, torpaq zəbtlərinin qarşısının alınması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması, bütün sahələrdə şəffaflığın təmin olunması kimi məsələlər haqda ciddi tapşırıqlar verilib.
-