Şriftin ölçüsü :

Saytın rəngi :

İnkişafın davamlılığı: rayon üzrə icra olunan işlərə ümumi baxış

04 aprel 2026 | 10:58

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində dayanıqlı inkişafa nail olunmuşdur. Həyata keçirilən davamlı iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli tədbirlər nəticəsində iqtisadiyyatın neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı, makroiqtisadi sabitlik, həmçinin inflyasiyanın birrəqəmli həddə saxlanmasına təmin olunmuş, valyuta ehtiyatları tarixi rekord həddinə çatmışdır.
Məlumdur ki, iqtisadiyyatın inkişafının davamlı və balanslı inkişafının əsas faktorlarından biri də investisiyaların cəlb edilməsidir.
İnvestisiya mühitinin yaxşılaşdırılması ölkədə aparılan iqtisadi islahatların əsas istiqamətidir. Belə ki, həyata keçirilən hüquqi və instutisional, həmçinin müxtəlif stimullaşdırıcı tədbirlər investisiya cəlbediciliyini artırmış, milli iqtisadiyyata qoyulan yerli və xarici investisiyaların ilbəil artmasına səbəb olmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir rayonunda da investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində süni maneələrin aradan qaldırılması, investorların dəstəklənməsi sahəsində sistemli və ardıcıl işlər görülməkdədir. Rayonun coğrafi mövqeyi, Bakı-Qazax magistral yolunun üzərində yerləşməsi səbəbindən əlverişli logistika imkanlarının mövcudluğu daxili və xarici bazarlara ixrac üçün əlverişli imkan yaradır ki, bu da investorlar üçün cəlbediciliyi şərtləndirir.
Bütün bunların nəticəsində rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmində müsbət dinamika müşahidə olunmaqdadır. Belə ki, 2022-2025-ci illər ərzində Şəmkir rayonunda ümumilikdə 115,3 milyon manat həcmində investisiya layihələrinin icrası nəzərdə tutulmuş və bundan 87,5 milyon manatlıq investisiya qoyuluşu həyata keçirilmişdir. Cəlb edilmiş investisiyalar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, istixanaların və meyvə bağlarının salınması, yaşayış binalarının tikintisi, müxtəlif ticarət və xidmət sahələrinin əhatə edir. İnvestisiya layihələrinin icrası nəticəsində rayonda 1884 yeni iş yeri açılmışdır. Qeyd olunanların nəticəsində rayonun makroiqtisadi göstəricilərində əhəmiyyətli artım əldə olunmuşdur. Belə ki, 2023-2025-ci illərdə Şəmkir rayonu kənd təsərrüfatı məhsullarının həcminə görə respublikada 1-ci, ümumi məhsul buraxılışının həcminə görə isə 6-cı yerdə qərarlaşmışdır.
Rayonun geniş iqtisadi potensialının reallaşdırılması istiqamətində nəzərdə tutulmuş ən mühüm layihələrdən biri də 2025-ci ilin sentyabr ayında keçirilmiş 1-ci Azərbaycan Beynəlxalq İqtisadi Forumunda Şəmkir rayonunda illik istehsal gücü 2 milyon ton, investisiya dəyəri 700 milyon ABŞ dolları (1,2 milyard manat) olan isti briketlənmiş dəmir istehsalı zavodunun inşası layihəsidir. Zavod istismara verildikdən sonra tək ölkənin ÜDM-ə verəcəyi ilkin töhfənin 694 milyon ABŞ dolları (1,17 milyard manat) olacağı proqnozlaşdırılır. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli Fərmanı ilə Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində Qərb Sənaye Parkının yaradılması qərara alınıb ki, bu da rayona investisiya qoyuluşunun artırılmasında, iqtisadiyyatın inkişafında və məşğulluq problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir.

Keçidlər