Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır çərşənbə Dəllər qəsəbə sakinləri ilə qeyd olundu

19 mart 2025 | 12:01
əmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Novruz Bayramının sonuncu çərşənbəsi olan Torpaq çərşənbəsini Dəllər qəsəbə sakinləri ilə birgə qeyd edib.
Bayram şənliyinin keçirildiyi ərazi mili xalçalar, tarixi və novruz adət-ənənələrimizə aid guşələr, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilib.
İcra başçısı bayram tonqalını alovlandırıb, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini özündə cəmləyən Novruz bayramı münasibətilə sakinləri təbrik edib, ən xoş arzularını çatdırıb.
Tədbirdə qonaqlar üçün məktəblilər tərəfindən hazırlanan Novruzun ruhuna uyğun müxtəlif əyləncəli səhnəciklər, rəqslər və musiqili ədəbi-bədii kompozisiyalar təqdim olunub.
Keçidlər