Şriftin ölçüsü :

Saytın rəngi :

İ𝐫𝐦𝐚𝐬̧𝐥ı 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐲𝐞𝐫𝐥ə𝐬̧ə𝐧 𝐤ə𝐡𝐫𝐢𝐳𝐥ə𝐫𝐝ə 𝐲𝐞𝐧𝐢 𝐭𝐞𝐱𝐧𝐚𝐥𝐨𝐠𝐢𝐲𝐚𝐥𝐚𝐫ı𝐧 𝐭ə𝐭𝐛𝐢𝐪𝐢 𝐢𝐥ə 𝐭ə𝐦𝐢𝐫-𝐛ə𝐫𝐩𝐚 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐦𝐚𝐬ı 𝐩𝐥𝐚𝐧𝐥𝐚𝐬̧𝐝ı𝐫ı𝐥ı𝐫.

03 aprel 2023 | 17:07
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və nümayəndəliyin əməkdaşları Şəmkir rayonuna səfər ediblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev BMqT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşları ilə görüşüb.
Görüş zamanı icra başçısı Şəmkir rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında qonaqlara məlumat verib.
Vladimir Qyorqiyev da öz növbəsində icra başçısına təşəkkür edərək Şəmkir rayonuna səfərinin məqsədi haqqında məlumat verib.
V.Qyorqiyev bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi həyata keçirilir : “Yaxın günlərdə layihə çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndinin ərazisində yerləşən kəhrizlərdə yeni texnologiyaların tətbiqi ilə bərpa işləri aparılması planlaşdırılır.”
Görüşdə BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri kəhrizlərin bərpası layihəsi çərçivəsində görülən işlər, qarşıya qoyulan məqsədlər haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi kəhrizlər olan ərazilərdə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.
Rəşad Tağıyev belə bir əhəmiyyətli layihənin Şəmkir rayonunda həyata keçirəcəklərinə görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinə təşəkkür edib.
İcra başçısı bu layihənin gələcəkdə rayonun bütün ərazilərində yerləşən kəhrizləri əhatə etməsi üçün təkliflər verib, rayon İcra Hakimiyyətinin də kəhrizlərin yerlərinin müəyyən olunması, bu istiqamətdə zəruri məlumatların təqdim olunması və digər məsələlərdə dəstək göstərməyə hazır olduğunu bildirib.
Keçidlər