Şriftin ölçüsü :

Saytın rəngi :

İ𝐫𝐦𝐚𝐬̧𝐥ı 𝐤ə𝐧𝐝𝐢𝐧𝐝ə 𝐛ə𝐫𝐩𝐚 𝐢𝐬̧𝐥ə𝐫𝐢 𝐚𝐩𝐚𝐫ı𝐥𝐚𝐧 𝐤ə𝐡𝐫𝐢𝐳𝐥ə𝐫 𝐬𝐚𝐤𝐢𝐧𝐥ə𝐫𝐢𝐧 𝐢𝐬𝐭𝐢𝐟𝐚𝐝ə𝐬𝐢𝐧ə 𝐯𝐞𝐫𝐢𝐥𝐢𝐛

25 avqust 2023 | 18:38
Xəbər verdiyimiz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndinin ərazisində yerləşən kəhrizlərdə də yeni texnologiyaların tətbiqi ilə bərpa işləri aparılıb.
Yenilənən kəhrizlər İrmaşlı sakinlərinin istifadəsinə verilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbirdə bildirilib ki, istifadəyə verilən 24 kəhrizin hər biri müasir texnologiyalar tətbiq olunmaqla bərpa olunub və su sərfi 27 litr-saniyəyə bərabər olan kəhrizlər 75 ailəni içməli və suvarma suyu ilə təmin edəcəkdir.
Bildirilib ki, görülən işlər çərçivəsində əvvəlcə quyular arasında horizontal qazma işləri aparılıb. Sonra həmin tunellər genişləndirilərək, quyular arasında borular çəkilib. Bütün tunellərin qazılması müasir avadanlıqlar vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi kəhrizlər olan ərazilərdə yaşayanların suvarma suyu ilə təmin edilməsi, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsidir.
Keçidlər