Şriftin ölçüsü :

Saytın rəngi :

İcra nümayəndələri və bələdiyyə sədrləri ilə görüş keçirildi

20 iyun 2022 | 09:45
İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Süleyman Zeynallı, RİH əməkdaşları, icra nümayəndələri və və bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.
Beləki rayon ərazisində qanunsuz tikililərə nəzarətin gücləndirilməsi, bütün sahələrdə şəffaflığın təmin olunması, müfaviq ərazilərdə mütəmadi təmizlik işlərinin aparılması, məişət tullantılarına nəzarət edilməsi, daxili yolların düzəldilməsi və abadlaşdırılması, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər görüşün gündəliyinə daxil edilib.
Eyni zamanda ev təsərrüfatlarının uçotu kitablarının işlənməsi, taxıl biçinindən sonra yanğınların qarşısının alınması üçün ərazilərin şümlanması, baramaçılığın səmərəli təşkilinin nəzarətdə saxlanılması və digər məsələlər iclasda müzakirə edilib.
Keçidlər