Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yeni tədris ilinin başlaması münasibətilə Şəhid övladları ilə görüşdü

15 sentyabr 2022 | 14:22
Şəmkir Əyləncə Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin övladları üçün yeni tədris ilinin başlaması münasibətilə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rəşad Tağıyev Vətən əmanəti şəhid övladlarını təbrik edərək bildirib ki, bu gün məktəbə ilk qədəmlərini atan uşaqlarımız bilik, savad əldə edərək gələcəkdə ataları kimi Vətənimizə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ölkəmizin, rayonumuzun inkişafına öz töhfələrini verəcəklər.
Tədbir çərçivəsində icra başçısı şəhid övladları ilə həmsöhbət olub və onlara şəhid atalarının hər birinin qəhrəman olduğunu, daim qəlblərdə yaşayacağını bildirib.
Sonda Şəmkir Əyləncə Mərkəzinin atraksionları şəhid övladlarının ixtiyarına verilib, yeni tədris ilinin başlaması münasibətilə RİH tərəfindən hədiyyələr təqdim olunub.
Keçidlər