İcra başçısı yeni salınan meyvə bağlarına baxış keçirib
07 oktyabr 2026 | 16:50
Bu gün Şəmkirdə kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə yeni təsərrüfatların yaradılması və istehsal imkanlarının genişləndirilməsi diqqətdə saxlanılır. Bu məqsədlə fermerlərlə mütəmadi görüşlər keçirilir, qarşılaşa biləcəkləri problemlərin vaxtında aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə rayonda yeni salınan meyvə bağlarında görülən işlərlə tanış olub, təsərrüfatların fəaliyyəti ilə maraqlanıb.
Nar bağlarına baxış zamanı sahələrin genişləndirilməsi, tətbiq olunan aqrotexniki tədbirlər və istehsal imkanları barədə məlumat verilib. Bildirilib ki, müasir yanaşmaların tətbiqi bağların məhsuldarlığının yüksəldilməsinə və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan verir.
Rəşad Tağıyev meyvəçilik üzrə ixtisaslaşmış təsərrüfatların yaradılmasının və müasir texnologiyalardan istifadənin yerli istehsalın artırılması baxımından əhəmiyyətini vurğulayıb.
Təsərrüfat sahibləri ilə söhbət zamanı qarşıya çıxan məsələlər müzakirə olunub, fəaliyyətin daha da genişləndirilməsi ilə bağlı təkliflər dinlənilib, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının kənd təsərrüfatının inkişafı üçün yaratdığı imkanlar barədə də məlumat verilib. Qeyd olunub ki, sənəddə aqrar sahədə müasir texnologiyaların tətbiqi, istehsalın genişləndirilməsi və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlər nəzərdə tutulur. Bu imkanlar meyvəçilikdə yeni təsərrüfatların formalaşdırılması və mövcud bağların inkişafı üçün əlavə imkanlar yaradır.
Məlumat üçün bidlirək ki, 1 oktyabr 2026-cı il tarixinə Şəmkir rayonunda 6 min 57 hektar meyvə və giləmeyvə bağı mövcuddur. Cari ildə rayonda 22 min 113 ton meyvə və giləmeyvə məhsulu toplanıb.






