İcra başçısı "Son zəng"də iştirak etdi - FOTOLAR
14 iyun 2022 | 15:08
Bu gün Şəmkir rayonunun 65 tam orta məktəbinin 1742 şagirdi üçün “Son zəng” çalınıb.
Məktəblilərin “Son Zəng” tədbirində Şəmkir Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.
Şəmkir şəhər Fərman Salmanov adına tam ota məktəbdə keçirilən "Son Zəng” tədbirində iştirak edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bütün şagird və müəllim kollektivlərini məzun günü münasibəti ilə təbrik edərək, müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, bu gün ölkəmizdə təhsilin inkişafı Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır.
Rəşad Tağıyev məzunlara hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.
Qonaqlar və məktəbin müəllimləri də çıxış edərək məzunlara xoş arzularını çatdırıblar. Aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər.
Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.