Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib

10 avqust 2022 | 17:37
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
Qəbul zamanı şəhid ailələri, qazilər, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
İcra başçısı vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini diqqətlə dinləyərək, hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən aidiyyəti şəxslərə tapşırıqlar verib, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Vətəndaşlar tərəfindən edilən müraciətlər işlə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, mübahisəli torpaq məsələləri, sosial təminat və digər məsələlərlə bağlı olub.
Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vətəndaş qəbulunda əvvəlcədən növbəyə yazılmış, struktur rəhbərlərinin qəbulunda iştirak etmiş sakinlər iştirak ediblər.
Onu da bildirək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları keçirilən bütün qəbullarda növbədənkənar iştirak edirlər.
Keçidlər