Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı müəllimləri təbrik etdi

05 oktyabr 2022 | 14:23
Şəmkir rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərilə görüş keçirilib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir Sektorunun rəhbəri Qüdrət Əliyev və rayonda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak edirdilər.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb və ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib.
İcra başçısı qeyd edib ki, ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür.
İcra başçısı sonda “Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.” deyə, vurğulayıb.
Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Fəxri Fərmanla mükafatlandırılıb və onlarla xatirə şəkli çəkilib.
Keçidlər